Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının valyuta ehtiyatları əvvəlki həftə ilə müqayisədə bir milyard dollara yaxın artıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu, bankınhəfətlik statistik hesabında yer alıb.
Bildirilib ki, əvvəlki həftəylə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları 993 milyon dollar artaraq 178 milyard 853 milyon dollara çatıb: "Həmçinin, son həftədə qızıl ehtiyatları da 394 milyon dollar artaraq 93,361 milyard dollardan 93,755 milyard dollara yüksəlib".
Samir Musayev
MİA.AZ