UEFA Avropa Liqasının ilk həftəsində Xorvatiyanın "Dinamo Zaqreb" klubuna 3:1 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu oyunda da arzuolunan səviyyədə oynaya bilmədiklərini etiraf edib.

Domeniko Tedesko deyib ki, bu məğlubiyyət canını yandırıb: "Lakin mən təkcə nəticəyə deyil, bir çox fərqli aspektlərə də baxıram. Əvvəlki matçlardan fərqli olaraq, bu matçda oyun daha yaxşı nəzarət etdik, topa sahibləndik. Əks-hücumlarda özümüzü itirmədik. Burada sözsüz ki, Semedo və Asensionun həmin mövqelərdə əla oynaması idi. Məğlubiyyətimizin əsas səbəbi  müdafiədən qaynaqlanır. Daha yaxşı müdafiə olunmalıyıq. Üçüncü qolda etdiyimiz səhvə baxın. Sərbəst zərbələrin də qarşısını kəsmək lazımdır. Bu, mənim üçün əsas məqsədlərdən bir olacaq. Üstəlik, hələ də hava toplarında da arzuolunan səviyyədə deyilik"

Fərid ASLAN
MİA.AZ