Türkiyənin daha bir bölgəsində içməli su problemi yaranıb
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədirnəni içməli su ilə təmin edən Kırklarelinin Kayalıköy su anbarı quraqlıq səbəbindən demək olar quruyub.
Dövlət Su İşləri İdarəsindən bildirilib ki, aprel ayında bölgədə həddindən artıq istilər və yağışın olmaması səbəbindən nəhəng su anbarında (göl) su səviyyəsi dibə vurub: "149 milyon 856 min kubmetr su tutumu olan anbar da hazrda 8 milyon 288 min kubmetr su qalıb. Bu da o deməkdir ki,suyun səviyyəsi artıq 6 faiz civarndadır. 15-gün gün də yağış yağmasa və ya anbar hər hansı formada suyla təmin olunmasa, tamam quruyacaq".
Firudin Səfərli
MİA.AZ