Türkiyə Super Liqasında gözlənilən performansı göstərə bilməyən "Beşiktaş" təxirə salınan 1-ci həftə matçı çərçivəsində "Kayserispor"la gücünü sınayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Ağ-qaralar” mövcud qaydalara görə avqustun 10-dan sonra transfer etdikləri 8 futbolçunu bu oyunda meydana buraxa bilməyəcək.

Məlumata görə, Baş məşqçi Sergen Yalçın tart heyətini müəyyənləşdirməyə çalışır: "Mert Günok, Jonas Svensson, David Jurasek, Feliks Uduokhai, Qabriel Paulistan, Vilfred Ndidi əsas heyətə dönəcəklər. Onlarla yaanşı, Sergenin Dəmir Ege Tıknaz və Orkun Kökçü, o cümlədən Milot Rashica, Rafa Silva, Tammy Abrahama şans verəcəyi gözlənilir".

Fərid
MİA.AZ