İsrail ordusu son aylar İordan çayının qərb sahilində yerləşən şəhər və qəsəbələrə basqınları artırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün səhərdfən növbəti reydlər başlayıb: "Reydlər zamanı İsrail hərbçiləri bir neçə evi dağdıb, 30-a yaxın şəxsi saxlayıb. Onlarln arasında yaşlılar da var"

Xəbərdə deyilir ki, İsrail qüvvələri  əsasən Nablus şəhərinin bir neçə qəsəbəsinə basqınları artırıb.

Tahir Şəlvəli

MİA.AZ