İsrail ordusunun Qəzzanı bombalaması nəticəsində ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər zolağın bəzi bölgələrinə endirilən zrəbələr nəticəsində daha 37 mülki şəxs ölüb, 146 nəfər isə yaralanıb: "Bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada ölənlərin sayı 65 174 nəfərə, yaralananların sayı isə 166 071 nəfərə çatıb"

Tahir Şəlvəli
MİA.AZ