“Fənərbağça”dan qovulan Joze Mourinyo "Benfika" yeni baş məşqçisi təyin edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün klubda onunla imza mərasimi keçirilib.

Mərasimdə jurnalistlərin suallarını cavablandıran Joze Mourinyo "Fənərbağça"dakı günlərindən də danışıb. 

O deyib ki, İstabul klubuna getməyi cəhvi olub: ""Fənərbağça"ya keçməklə səhv, xəta elədim, amma son günə qədər o komandaya hər şeyi verdim"

Mourinyo daha sonra yeni klubundan söz açıb: "Benfika"da olduğum üçün çox xoşbəxtəm. İndiyə qədər idarə etdiyim heç bir klub məni "Benfika"nın baş məşqçisi  olmaq qədər motivasiya etməyib. Hər zaman qazana bilmərik, amma iki gün əvvəlki kimi ("Qarabağ"a 3-2 hesablı məğlubiyyəti nəzərə tutur - Mia.az) uduza da bilmərik! Bu, "Benfika" deyil! "Benfika" "Fənərbağça"ya qarşı 30 dəqiqə azlıqda oynayan möhtəşəm mübarizə ruhlu komandadır. Bu, özümü gördüyüm "Benfika"dır!"

Zülfiyyə Mustafayeva
MİA.AZ