Bu axşamBakı vaxtilə saat 23.00-da Çempionlar Liqası oyunları çərçivəsində Almaniyada meydana çıxacaq "Qalatasaray" oyun başlamadan 3 milyon "zərər"ə düşə bilər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əgər "Qalatasaray" "Trabzonspor"dan yeni aldığı təcrübəli qapıçısı Uğurcan Çakırı oyuna daxil edərsə, o zaman müqavilə şərtinə əsasən Qara dəniz klubuna əlavə 3 milyon avro ödəməli olacaq: ""Trabzonspor"dan 27,5 milyon avroya transfer edilən milli qolkiperin müqaviləsindəki xüsusi bəndə əsasən, Uğurcanın Çempionlar Liqasında çıxış edəcəyi təqdirdə "Qalatasaray" keçmiş klubu "Trabzonspor"a əlavə 3 milyon avro ödəyəcək".
Fərid Əhmədov
MİA.AZ