Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB)uçot faiz dərəcəsini illik 41,25 faizə endirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərar bu gün Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.
Qərara əsasən. müvafiq olaraq, ödəmə müddətinə maksimum üç ay qalan veksellər üzrə yenidən diskont əməliyyatlarına şamil edilən diskont faiz dərəcəsi illik 41,25 faiz, avans əməliyyatlarına tətbiq edilən faiz dərəcəsi isə illik 42,25 faiz olaraq müəyyən olunub.
Yenidən diskont əməliyyatları üzrə uçot dərəcəsi 43,25 faiz, avans əməliyyatları üzrə faiz dərəcəsi isə 44,25 faiz cibarında müəyyənləşib.
Firidn Səfərli
MİA.AZ