Sentyabrın 21-də "Fənərbağça"da keçirilməsi planlaşdırılan prezident seçkiləri öncəsi maraqlı proses baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidentliyinə iddialı namizədlərdən Hakan Bilal Kutlualp bəyanat verərək, geri çəkildiyini bildirib.
Lakin o, quurltay nümayəndələrinə xitab edəərk, hamını digər namizəd olan Sadettin Saraya səs verməyə çağırıb: "Məhz onun qalib gəlməsi üçün mən namizədliyimi geri götürürəm..."
Xatırladaq ki, klub prezidenti Hakan Bilal Kutlualpın geri çəkilməsindən sonra "Fənərbağça"nın hazırkı prezidenti Ali Koçla Sadettin Saran prezidentlik uğrunda yarışacaqlar.
Fərid Əhmədov
MİA.AZ