İstanbul şəhərinin bir hissəsində içməli su problemi yarana bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda İstanbul Su və Kanalizasiya İdarəsi son statistik məlumatı açıqlayıb.

İdarədən bildirilib ki, son bir ayda şəhəri suyla təmin edən göllərdə ümumilikdə su ehtiyatı daha 13 faiz azalıb: "Yağıntıların azalması, mövsümün üstündə olan qızmar hava su ehtiyatına ciddi şəkildə mənfi təsirini göstərməkdədir. Məsələn, şəhərinböyük bir hissəsini içməlii su ilə təmin edən Ömərli barajında (göl) su 73 faiz azalıb. Hazırda bu barajda suyun doluluq faizi 27 civarındadır. Bəzi barajlarda isə doluluq səviyyəsi 10 faizdən də aşağı düşüb. Məsələn, Kazandere gölündə cəmi 8 faizlik su var. Əgər yaxın günlərdə güclü yağışlar olmasa, bu göl tamamilə quruyacaq"

Firudin Səfərli
MİA.AZ