Türkiyə Super Liqanın beşinci turu tamamlanmamış artıq bir klubun rəhbərliyi istefaya çağırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Super Liqanın 5-ci turunda "Qaziantep FK"ya 2-0 uduzan və cəmi 1 xalı olan "Kocaelispor" azarkeşləri idarə heyətinin istefasını tələb etməyə başlayıb.

"Hodri Meydan" Azarkeşlər Dərnəyinin sədri Ənvər Gülər istefa tələblərindən geri çəkilməyəcəklərini deyib: "Çox matç üzərində dayanmayacağıq. Daha iddialı idik. Özümüzü tribunada daha iddialı gördük. Komandanı və məşqçini dəstəklədiyimizi deyirik. Beş matçda bir xal gülüncdür. Yeni qurulan komanda biz deyilik. Yəni, bəhanəyə gərək yoxdur. Bacarmadılar, getməlidirlər. Klubda bu oyunun məsuliyyətini  daşımalıdırlar. Nə demək istəyirlər: 5 oyunda 1 xal? Nə oynadığımızı başa düşə bilmirik".

Fərid Əhmədov
MİA.AZ