Bu dəqiqələrdə Bakının Nizami rayonu ərazisindəki Neftçilər metrostansiyasının yanındakı körpüdən bir nəfər özünü atmaq istəyib.

Hadisə yerində olan Mia.az-ın əməkdaşının məlumatına görə, orta yaşlı şəxsi polislər və ailəsi dilə tutub intihardan vaz keçirməyə çalışsa da, o, inad edərək körpüdən enməyib: "Bu hadisəyə görə körpünün altında maşınların hərəkəti dayandırılmışdı. Nəhayət, polis əməkdaşlarının biri çevik tərpənərək onun qolundan tutaraq, intihar etməsinin qarşısını aldı..."

Əməkdaşımızın məlumatına görə, həmin şəxs polislər tərəfindən aparılıb: "Onun niyə intihar etmək istədiyi isə bəlli olmadı. Faktla bağlı araşdırma aparılacaq"

Zülfiyyə

MİA.AZ