Bu gün Bakının Yasamal rayonunun bəzi küçələrində qaz olmayacaq.
Mia.az "Azəriqaz"a istinadla bildirir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qaz xəttinin yararsız hissəsinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 8-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu sallaqxanaların, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.