"Hatayspor"un portuqaliyalı hücumçusu Joelson Fernandes Portuqaliya Primeira Liqa komandalarından "Gil Visenteyə" keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Açıqlamada deyilib:

"Futbolçumuza indiyə qədər "Hatayspor"a verdiyi töhfələrə görə təşəkkür edir, ona karyerasının yeni mərhələsində uğurlar arzulayırıq."

Fərid

MİA.AZ