"Fənərbağça" Dieqo Karlosun "Komo"ya icarəyə verildiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda "Fənərbağça" klubu açıqlama yayıb.

Açıqlamada deyilir:

"Klubumuz braziliyalı futbolçu Dieqo Karlosun icarəyə verilməsi üçün İtaliyanın "Komo" klubu ilə razılığa gəlib. Dieqoya uğurlu, zədəsiz mövsüm arzulayırıq."

Xatırladaq ki, zədə səbəbindən ümumilikdə 18 matçı buraxan Dieqo Karlos 5 matçda meydana çıxa bilib.

Fərid Əhmədov

MİA.AZ