"Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqustun 30-da Ağdama qatarla səfərlərə start verir.
Mia.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Bildirilib ki, Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə başlanılır: "Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək".
Məlumata əsasən, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır.