Hindistan-Pakistan arasında yaşanan gərginlikdə Azərbaycan və Türkiyənin Pakistana verdiyi dəstək turizm sektoruna təsir edib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, savaşda Azərbaycan və Türkiyənin Pakistana aktiv dəstəyi hndistanlıların bir qisminin hər iki ölkəni açıq boykot etməsinə səbəb verib.

Türkiyənin Haberler.com saytı yazır ki, bunun təsiri ilə hər iki ölkəyə hindli ziyarətçilərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb:

"Hindistanla yaşanan gərginlikdə Türkiyənin Pakistanı dəstəkləməsindən sonra Türkiyə əleyhinə kampaniyalar və Türk Hava Yollarını boykot çağırışları turizm sektoruna əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Rəsmi məlumatlara görə, 2025-ci ilin iyul ayında Türkiyəyə gələn hindistanlı turistlərin sayı əvvəlki ilə nisbətən 43,74 faiz azalıb".

Məlumatda deyilir ki, Hindistanın Pakistana görə apardığı təbliğatən "bəhrə"si olaraq hindistanlıların təkcə Türkiyəyə gəlişi azalmayıb, bu, Azərbaycana da öz təsirini göstərib: "Hindlilərin analoji boykota məruz qaldı. Azərbaycana da səfər edənlərin sayı xeyli azalıb. Məsələn, 2024-cü ilin iyun ayında Azərbaycana 28 315 hindistanlı turist gəlib, savaşdakı mövqeyindən sonra bu rəqəm cidd şəkildə enib. Bəli, 2025-ci ilin iyununda bu rəqəm 9 934-ə düşüb...".

Firudin Səfərli
MİA.AZ