İlkin Rüstəmzadə,

İctimai fəal

***

Mənim müxalif cameədən, ictimai sektordan iyrənməyimin ən başlıca səbəblərindən biri ictimai sektor gənclərinin şəxsi, seksual həyatları idi.

Söhbət partiya mənsubluğu olmayan, ortada fırlanan yüzlərlə gəncdən gedir.

Həmişə öz-özümə deyirdim ki, bu adamlar seksual azadlıq qışqırırlar, amma bu seksual azadlıq deyil axı. Bu, bildiyin kimisə kölə eləməkdir.

İctimai sektorda olan, özünə aktivist deyən gədələrin 90%-i yatdıqları qızları çəkirlər gizli kamera ilə. Sonra qruplar var. O videoları atırlar o qruplara.

Bu yazdığımı onlarla sevişmiş qızlar təsdiqləyə bilər. Hansısa “qurban” tələyə düşdüyü anda bitmişdir. Videoları qrupda gəzir, ona anidən onlarla oğlan yazmağa başlayır.

Qrup seks, içkisinə dərman və s. Dalınca da o adam ömürlük travma alacaq qədər seksual istismar olunur.

Yüzlərlə belə qurban qız var. Hamısını demokratiya/azadlıq deyə-deyə qrup şəklində istifadə ediblər, öz razılıqları olmadan videoya çəkiblər.

Mən bu adamların demokratiyadan, haqq-ədalətdən danışdığını görüb iyrənmişdim. Özü də indi yox, illər əvvəl.

Hətta ən sərt aktivist olduğum dönəmdə belə bunların kruqundan çox uzaq idim. Bunu da hər kəs görürdü, səbəblərini soruşurdu.

Təbii heç nə demirdim, düşünürdüm bir cəbhədəyik. Amma indi görürəm ki heç vaxt olmamışıq.

Bunlar sadəcə bir qrup əxlaqsız, pozğun adamlardı və demokratiya çətirindən istifadə ediblər. Vəssəlam.

P.S.Yazı müəllifin Feysbuk-dak paylaşımından götürülüb!

MİA.AZ