Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.