"Mən facebook səhifəmdə Qarabağ Universitetinə 500 kitab hədiyyə etməyim barədə paylaşım etmişdim. Və təmannasız olaraq Univerisitet kitabxansının müasir tələblərə uyğun olaraq qurulmasını təşkil edə bilərəm. Ancaq Şəmsəddin Hacıyevin (UNEC-in keçmiş rektoru) keçmiş köməkçisi  (bioqrafiyasında bunu gizlədib- E.Əliyev) Şahin Bayramovdan mənim çağrışama cavab gəlmədi. Çünki kitaba bağlı adam deyil…".

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, indi Universitetdən yüksək vəzifə tutan iki xanım ərizələri ilə işdən çıxıb: "Şahin də narsizim xəstəliyinə düçar olub. Mən əminəm ki, Şahin özünün təbliğatindan çox Universitetin təbliğatına daha çox vaxt ayırmalıdır… Düşünürəm ki, bu təklifimə də cavab verməyəcək.

Mən tələbələr üçün çox vacib olan “Fəlsəfə tarixi” və “Elmin fəlsəfəsi” fənlərini yüksək səviyyədə tədris edə bilərəm… Təmənnasız…

“Mütaliə klubunu” da təmənnasız yarada bilərəm…".

Samir MUSAYEV

MİA.AZ