Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində iyulun 27-də 63 yaşlı şəxs öldürülüb.

Yevlax Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, araşdırma zamanı 1962-ci il təvəllüdlü İlham Mirzəyevin rayonun Çənlibel qəsəbəsində bıçaqla həmkəndlisi, 1978-ci il təvəllüdlü Habil Kərimova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İlham Mirzəyəv şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.