Türkiyənin Balıkəsir şəhərində Havran rayon Bələdiyyə Məclisinin üzvü, AK Partiya funksioneri Mehmet Anıl Yüksəl öldürülüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, naməlum şəxs və ya şəxslər tərəfindən silahla hücuma məruz qalıb.
Məlumata əsasən, güllələnən partiya funksioneri Edremit Dövlət Xəstəxanasında həkimlərin səyinə baxmayaraq həyatı ilə vidalaşıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Xatırladaq ki, AK Partiyanın lideri Prezident Ərdoğandır.
Firudin Səfərli
MİA.AZ