Türkiyənin ötən mövsüm3-csü olmuş "Samsunspor"un Baş məşqçisi  Tomas Reis Niderlandın Arnhem şəhərində keçirdikləri təlim-məşq toplantısında jurnalistlərə açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, burada üç həftədir oyunçularla birlikdə məşq etmələrinin oyunlarına ümsbət təsir edəcəyini deyib:  "Açığı, bu, mənim üçün çox yaxşı oldu. Üç həftə ərzində oyunçularımla yaxşı vaxt keçirdim və məşqlərimizi davam etdirdik. Təbii ki, komandamıza yeni futbolçuların adaptasiyası üçün bu, çox əladır. Avropada oynanan futbol Türkiyədə oynanan futboldan fərqli olduğu üçün onların buradakı futbol tərzinə uyğunlaşması mütləqdir".

Reis güclü oyunçulara sahib olduqlaırnı da sözlərinə əlavə edib: "Ötən mövsümdən qalan futbolçular da, yeni heyətimiz də yaxşı oyunçulardır. Onların komandamıza və klubumuza mütləq töhfə verəcəyinə inanıram. Məşqlərimizi başa vurduq. Bizə yarımmüdafiəçi, müdafiəçi və ya hətta qapıçı lazım ola bilər. Ümumilikdə sahib olduğum komandadan tamamilə məmnunam. Yoldaşlıq görüşlərindəki nəticənin istədiyimiz kimi olmadığını deyə bilərəm, amma çatışmazlıqlarımızı aşkar etmək üçün çox vacib yoldaşlıq matçları keçirdik. Təbii ki, qarşıdakı günlərdə bu çatışmazlıqlar üzərində işləməyə davam edəcəyik. Məqsəd ən azı ötən mövsümün uğurunu təkrarlamaqdır. Keçən mövsüm inanılmaz uğur qazandıq. Bir arzumuzu reallaşdırdıq. İndi yeni mövsümə, yeni macəraya başlayacağıq. Ötən mövsümün uğurunu təkrarlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Təbii ki, mövsümün sonunda liqada hansı pillədə başa vuracağımızı deyə bilmərəm. 3-cü, 4-cü, 5-ci ola bilər".

Rəis Avropa Liqası üçün hədəflərini də şərh edib: "Bizim ilk hədəfimiz komanda, klub olaraq yaxşı çıxış etməkdir. Bu, pley-off mərhələsindəki əsas hədəfimiz olacaq. Nəhayət, pley-offa vəsiqə qazanmağımız və ya qrup mərhələsinə düşməyimiz performansımızı müəyyən edən amil olacaq. Avropa futbolu Türkiyədən fərqli oynanır. Biz Avropa futbolunu Türkiyədən fərqli olaraq göstəririk. Eyni zamanda, Avropada da yaxşı futbol nümayiş etdirmək istəyirik və əlimizdən gələni edəcəyik".

Fərid
MİA.AZ