UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş"ı səfərdə 4:2 hesablı məğlub edən "Şaxtyor Donetsk"in türkəsilli baş məşqçisi Arda Turan oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu qələbənin turu adlamaq üçün yetərli olmadığını və cavab qarşılaşmasına daha ciddi hazırlaşacaqlaırnı bildirib.

Arda Turan "Beşiktaş"la İstanbulda oynamağın asan olmadığını deyib: "Burada oynamaq asan deyil. Qarşılaşmaya balanslı və topa nəzarət edərək başladıq. Oyun planımızı yaxşı yerinə yetirdiyimiz üçün şadam. Müsbət cəhətlərimiz var, çatışmayan cəhətlərimizi cavab oyuuna qədər aradan götürməyə çalışacağıq. Belə asan qollar buraxdıq. Belə vəziyyətlərdə daha diqqətli oynamaq lazımdır. Oyunçularım gəncdir. Onlar xəta edə bilər və bu, haqqı normal qəbul edirəm".

Arda Turanın sözlərinə görə, ən yaxşı müdafiə topa sahib olmaqdır: "Əgər müdafiə olunarsansa, bütün oyunda qalib gəlmək şansımız var. düzdür, oyun boyu rəqib qapısında daha çox təzyiq göstərməyə çalışdıq".

Ukrayna komandasının Baş məşqçisi sonda "Beşiktaş"a təşəkkür edib: "Komandama demək istəyirəm ki, 100% işimiz bitməyib və cavab matçına 0-0 bərabər düşüncəyiylə başlayacağıq  Bu hesab bizimüçün hələ hər şey bitdi demək deyil. Sonda türk klubunun prezidenti Serdal Adalıya və "Beşiktaş" ictimaiyyətinə təşəkkür edirəm. Onlar bizə inanılmaz dərəcədə qonaqpərvərlik göstərdilər"

Fərid ASLAN
MİA.AZ