UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Şaxtyor"a 4:2 hesabı ilə uduzan "Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Solskjaer "günahı" müdafiədə buraxılan səhvlərdə axtarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, oyundan sonra keçirilən mətbuat konfransında danışıb.

Baş məşqçi bildirib ki, çox çətin bir matç olub: "Gözləmədiyimiz oyun və nəticə oldu. Ən çox buraxdığımız dörd qola görə məyus oldum. Daha yaxşı müdafiə olunmalıydıq. Yaxşı imkanlarımız oldu, matçın sonlarına doğru sürəti bərpa etdik, lakin 3-cü qolu vura bilmədik.. Cavab oyunu üçün 4-2 daha çətin hesabddır. Biz son qolu buraxmamalıydıq. Son qol bizi xəyal qırıqlığına uğratdı"

Norveçli məşqçi deyib ki, komandada ab-hava çox yaxşıdır: "Futbolçular bir-birinı dəstək olurlar. Bu baxımdan problem yoxdur. Bu matçda yüksək səviyyəli komandaya qarşı oynadıq. "Şaxtyor Donetsk" Braziliyadan böyük istedad gətirib. Açıq deyim ki, cavab oyunu bizim üçün çətin oyun olacaq".

Fərid ASLAN
MİA.AZ