İyulun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Mia.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Turnirin təsnifat mərhələsinin görüşlərini canlı olaraq Azərbaycan dilində şərhlə JudoTV.com saytından, final blokunu isə 13:00-dan etibarən İdman TV telekanalından izləyə bilərsiniz.
Kişilər
-60 kq, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)