Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib.
Mia.az xəbər verir ki, 83 yaşlı keçmiş deputat uzun müddət xəstə idi.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.
2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.
O, bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq.