Dövlət Turizm Agentliyi “Çinə hazırlıq (China Ready)” proqramının həyata keçirilməsi ilə əlaqədar ekspert xidmətlərinə 101 191 AZN xərcləyəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, xidməti “CBİSN Services” şirkəti göstərəcək.

Tərəf arasında müqavilə bağlanıb. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.