UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə İrlandiyanın "Şelburn" komandasına qalib gəlib.
Mia.az xəbər verr ki, "Qarabağ"ın 3:0 hesabı qələbə qazandığı oyunda qolları 13-cü dəqiqədə Leandro Andrade, 81-də Aleksey Kaşuk və 85-də Nəriman Axundzadə vurub.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.
Fərid ASLAN
MİA.AZ