"Trabzonspor"un fransalı yarımmüdafiəçisi Batista Mendi yol üstündədir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor"la 2027-ci ilə qədər müqaviləsi olan 25 yaşlı futbolçuya "Sevilya" "elçi düşüb".
Bildirilib ki, hazırda futbolçunun hazırkı bazar dəyəri 10 milyon avrodur.
Ötən mövsüm 43 matçda meydana çıxan Mendi 2 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib.
Fərid
MİA.AZ