"Alanyaspor" Fatih Aksoyun müqaviləsini 2 il müddətinə uzadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Açıqlamada deyilir: "Fatih Aksoy daha iki il bizimlə olacaq! Klubumuz 2020-2021-ci il mövsümündən komandamızda çıxış edən futbolçumuz Fatih Aksoyla başa çatan müqaviləni iki il uzadıb. Ona yeni mövsümdə uğurlar arzulayırıq".

Fərid

MİA.AZ