Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə bu gün qərar verib.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib: "Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib".
Mərkəzi Bankın yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağı gözlənilir.
İndi əsas sual budur: manatı qarşıda nə gözləyir?
Bu, bəlli olmasa da, kredit faizlərinin düşəcəyi böyükehtimalla yaxın müddətdə baş verəcək.
Məsələyə rəsmi və ekspert rəylərini öyrənməyə çalışacağıq.
MİA.AZ