Sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyən "Beşiktaş" 10 ildən sonra "Real Madrid"dən ayrılan Lukas Vaskes üçün rəsmi təklif göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Ağ-qaralar” “Real”la yollarını ayıran Lukas Vaskesi transfer etmək üçün çalışmalarını aparır.
Hər iki tərəfin danışıqlara başladığı və təcrübəli ulduzun "Beşiktaş"dan gələn təklifə müsbət cavab verdiyi deyilir.
Ötən mövsüm "Real Madrid"in heyətində 53 matça çıxan ispan sağ cinah müdafiəçisi 2 qol və 8 məhsuldar ötürmə ilə çıxış edib.
Fərid
MİA.AZ