Səudiyyə Ərəbistanı liqasının komandalarından olan “Əl-Qədsiah” ötən il İtaliya A Seriyasının qol kralı olan Mateo Reteqini transfer etdiyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Qadsiah" komandası 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzaladıqlarını açıqlayıb.
Futbol karyerasına Argentina Liqası komandalarından olan “River Pleyt”in gənclər akademiyasında başlayan Reteqi ötən il “Atalanta”nın heyətində ümumilikdə 49 oyuna çıxıb, 28 qol vurub, 9 məhsuldar ötürmə verib.
Mateo Reteqi 25 qolla İtaliya A Seriyasının 2024-2025 mövsümünün qol kralı olub.
Fərid
MİA.AZ