"Beşiktaş"ın kolumbiyalı yarımmüdafiəçisi Elan Rikardonun 4 klubdan icarə təklifi aldığı iddia edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kolumbiyalı yarımmüdafiəçi üçün "Rio Ave", "Tondela", "Birmingham City" və Braziliyadan bir komandanın icarə təklifi etdiyi iddia edilib.
"Beşiktaş" rəhbərliyinin də icarə təkliflərinə açıq olduğu bildirilsə də, son qərarı baş məşqçi Soljkayer verəcəyi bildirilib.
Fərid
MİA.AZ