"Kalyari" "Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoyu heyətinə qatmaq istəyir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Semih Kılıçsoyun Avropada dəvamlı oynaya biləcəyi kluba keçmək fikrində olduğu da bildirilir.
İtaliya liqası təmsilçisi Semihi satın alma opsiyonu ilə icarəyə götürməyə çalışır. Cagliari ilə danışıqlarda irəliləyiş əldə olunub.
Hollandiyanın "Utrext" klubu daha əvvəl Semih Kılıçsoy üçün "Beşiktaş"a müraciət etsə də, tərəflər razılığa gələ bilməmişdi.
Fərid
MİA.AZ