Super Liqa komandalarından olan "Kocaelispor" portuqaliyalı Pedrinyo və Barış Alıcı ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun sosial media hesabında yayılan paylaşımlarda hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Yazılarda Pedrinyo və Barış Alıcıya Kocaelispor üçün göstərdikləri səylərə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzulayıblar.
Fərid
MİA.AZ