Türkiyədə təəccüb yaradan daha bir kuryoz olay baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni evlənən və toyundan 3 gün sonra zinət əşyaları ilə birlikdə evdən qaçan Dənizlinin həvəskar liqa komandalarından olan “Akkonakspor”un baş məşqçisi, 34 yaşlı Hüseyn Cumhur Acar, 6 gündən sonra polis tərəfindən tapılıb.

O, artıq evinə qaytarılıb.

Türkiyə mətbuatı yazır ki, gözəllik salonları olan  Ş.A ilə ailə həyatı quran baş məşqçi toydan üç gün sonra arvadının salonunda ona "bir azdan dönəcəm" deyib və o gündən yoxa çıxıb:

"Sonra bəlli olub k, o, evə dönərək bütün qızıl və qiymətli əşyaları götürərək evdən qaçıb. Onun qaçışı ilə bağlı ailəsi itkin düşmüş şəxs kimi polisə üz tutub. Araşdırma nəticəsində məlum olub ki, Hüseyn Cumhur Acar qumar və onlayn mərc oyunlarının aludəçisdir və onun təxminən 2 milyon türk lirəsi borcu yaranıb".

İddiaya əsasən, borcla bağlı təhdid olunan Acar buna görə evdən qaçıb. Yaxınları isə bu borcu ödəmək üçün evlərini satmağa hazır olduqlarını deyirlər: "Faktla bağlı araşdırma gedir".

Zülfiyyə Mustafayeva
MİA.AZ