Türkiyənin "Eyüpspor" komandası daha bir diqqətçəkən transferə imza atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib.

Bildirilib ki, artıq "Trabzonspor"dan rumıniyalı futbolçu Denis Draquşu icarəyə götürülüb:

"Draquş Super Liqada çıxış edən və liqamızı yaxşı tanıyan məşhur hücumçu olmaqla, həm də  Rumıniya Milli Komandasının start 11-ində forma geyinən hücumçudur. Draquşun komandamıza mühüm töhfə verəcəyinə inanırıq. İnanırıq ki, o, bizim komandada özünü dünya çempionatına ən yaxşı şəkildə hazırlayacaq".

Fərid

MİA.AZ