"Trabzonspor" ispaniyalı yarımmüdafiəçi Saul Niqeslə prinsipial razılığa gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı futbolçu danışıqları müqaviləyə "daşımaq" üçün yaxın vaxtlarda Türkiyəyə gələcək.
Qeyd edək ki, Saul Niqes ötən mövsüm La Liqa təmsilçisi "Sevilya"da icarə əsasında çıxış edib.
"Sevilya" ilə 26 oyuna çıxan ispaniyalı futbolçu 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ