İngiltərənin “Vest Hem Yunayted” klubu ingilis futbolçu Kayl Uoker-Pitersi heyətinə cəlb edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub azad statusda olan Uoker-Piterslə 3 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Beşiktaş"a transferi ilə gündəmdə olan Uoker-Piters ötən mövsümün sonunda "Sauthempton"dan ayrılıb.

Onu da qeyd edək ki, "Sauthempton"daa 202 matça çıxan ingilis futbolçu cəmi 7 qol vurub.

Fərid

MİA.AZ