"Fənərbağça" Milan Skrinyarla əl sıxışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" "PSJ" ilə transfer danışıqlarını müsbət sonluqla bitirib.
Məlumata görə, Fransa klubu slovakiyalı futbolçunun gedişinə razılıq verib: "Tərəflər bir neçə günə rəsmi müqavilə imzalayacaqlar".
Xatırladaq ki, Skrinyar ötən mövsüm "Fənərbağça"da icarə əsasında çıxış edib. O, 23 oyunun 11-də start heyətdə yer alıb.
Fərid
MİA.AZ