“Araz-Naxçıvan”ın oyunçusu "Trabzonspor"un qolçusunu şikəst edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Qara dəniz komandası məlumat yayıb.

Bildirilib ki, ulduz futbolçu Pol Onuaçunun “Araz-Naxçıvan”la yoldaşlıq görüşündəki zədəsı çox ciddidir: "Aldığı zərbə səbəbiylə sol topuq sümüklərində güclü ödem və ayaq biləyinin bağları zərər görüb. O, azı 4 həftə meydanlara dönə bilməyəcək".

Fərid
MİA.AZ