Şimali Kipr Türk Respublikasında (ŞKPC) böyük ehtiyata sahib şirin su qaynağı aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Lefke bölgəsində Çamlıköy yaxınlığında aparılan qazma işləri nəticəsində aşkarlanan yeni, zəngin içməli su mənbəyindən götürülən şirin suyun artıq  evlərə verilməsinə hazırlıq başlayıb.

Baş nazirin müavini Fikri Ataoğlu bildiirb ki, bu yeni qaynaq adanın türklərə aid hissəsində işməli su problemi yaşanmasına imkan verməyəcık: "Bu qaynaq Lefke Bələdiyyəsi və bölgə xalqı üçün faydalı olacaq. Bu prosesdə əməyi olan Geologiya və Mədən Departamenti müdirimiz Ayşen Albayraka, mühəndislərimizə, qazmaçılarımıza və texniki işçilərimizə ürəkdən təşəkkür edirəm. Onlar öz vəzifələrini böyük fədakarlıqla yerinə yetirdilər. Əlbəttə, su hər birimizin məsuliyyətlə qorumalı olduğu həyati nemətdir. Xüsusilə qlobal iqlim dəyişikliyi və quraqlıq risklərinin artdığı bu dövrdə suyumuzdan qənaətlə istifadə etmək gələcək nəsillər qarşısında ən böyük məsuliyyətimizdir".

Zülfiyyə Mustafayeva
MİA.AZ