"Beşiktaş" daha əvvəl anlaşdığı ingilis sağ cinah müdafiəçisi Kayl Uoker-Pitersin transferindən imtina edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub aşağıdakı açıqlamanı yayıb.

"Daha əvvəl prinsipcə razılaşdığımız və onu tibbi müayinədən keçmək üçün İstanbula dəvət etdiyimiz Kayl Uoker-Pitersin gəlişinin təxirə salındığı ictimaiyyətə məlumdur. Bu gün Kyle Walker-Peters bizdən əlavə vaxt istədi. Bu səbəbdən klubumuz sözügedən futbolçunun transferini ləğv edib".

Fərid

MİA.AZ