İspaniyanın "Real Madrid" klubunda çiynindən əməliyyat olunan ingilis futbolçu Cude Bellinqhemdən xəbər var.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, 3 ay meydandan uzaq qalacaq.
Klub yayılan faktı təsdiqləyib. Bildirilib ki, uzun müddətdir onu narahat edən sol çiyni əməliyyatı uğurla aparılıb.
Bellinqhem ötən mövsüm "Real Madrid"in heyətində 58 oyuna çıxıb, 15 qol vurub.
Fərid
MİA.AZ