"SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə 07.07.205 tarixli 14 -2/3-3 6/2025 nömrəli əmr qərarı ilə Neft Kəmərləri idarəsinin Dübəndi İstehsalat Bölümünün işçilərinin əmək haqqına əlavə olunan artım əmsalı dayandırılıb"
Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşıb.
O, daha sonra əmrin sürətini yayıb.
Xatırladaq ki, dünyanın heç bir ölkəsində "Həmkar"lar fəhlənin maaşının kəsilməsinə imza atmayıb.
Samir MUSAYEV
MİA.AZ