ABŞ prezidenti Donald 14 ölkədən sonra bir sıra ölkələrə də əlavə gömrük tarifi tətbiq edib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, o, bu məqsədlə 7 ölkəyə - Filippin, Bruney, Moldova, Əlcəzair, İraq, Liviya və Şri-Lanka hökumətlərinə məktub ünvanlayıb.

Bu barədə Trampın özü açıqlama verib. O, adıçəkilən ölkələrə məktublarında avqustun 1-dən etibarən bu ölkələrə tətbiq olunacaq tarif dərəcələrini açıqlayıb və qeyd edib ki, göstərilən tarixə qədər rüsum faizi danışıqlarla dəyişə bilər: "Ölkənizlə münasibətlərinizə görə bu tariflər yuxarı və ya aşağı dəyişdirilə bilər".

Məlumatda deyilir ki, tətbiq olunacaq tarif dərəcələrinin Filippin üçün 20, Bruney və Moldova üçün 25, qalan ölkələr üçünsə 30 faiz həddində müəyyənləşib.

Lamiyə Əhmədli
MİA.AZ