İstanbul şəhərinin Bayrampaşa rayon Bələdiyyəsinin CHP üzvləri olan məclis üzvləri istefa veriblər.

Mia.az xəbər verir ki, məclis üzvləri Teker və Karahasanoğlu istefaları haqda birgə bəyanat imzalayıblar.

Onlar  Bayrampaşa Bələdiyyə sədri, CHP funksioneri Həsən Mutlunu əxlaqsız davranışlarda, pul hərisliyi və böhtanda ittiham edib və təəssüflənibər ki, partiya rəhbərliyi də buna göz yumur: "Biz bununla barışa bilmərik"

Firudin Səfərli

MİA.AZ